Biz kimik?
İşgüzar Klub (İK) bir qrup işgüzar xanımın təşəbbüsü ilə 2024 - cü il, 23 fevral tarixində təsis edilib. Əsas məqsədimiz, biznes və təhsil subyektləri arasında faydalı və qarşılıqlı təmasların artırılmasına nail olmaq, özəl və dövlət sektoru üçün peşəkar mütəxəssislər yetişdirmək və kadr bankı formalaşdıraraq, işsiz və iş axtaranlar, təhsil verənlər, iri və orta sahibkarlar arasında körpü rolunu oynamaqdır. Bundan əlavə, İşgüzar Klub sahibkarların kadr ehtiyacını təmin edərək, ölkəmizdə işsizliyin aradan qaldırılmasında dövlət siyasətinə dəstək olmaqdır.
İşgüzar Klub (İK) olaraq, əsas hədəfimiz, aztəminatlı şəxslərin, şəhid və qazi ailələrinin, övladlarını heç bir dəstək almadan yalnız özü böyüdən anaların və valideyn himayəsindən məhrum yeniyetmə və gənclərin məşğulluq probleminin həllinə nail olaraq, aidiyyatı dövlət qurumları, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq etməkdir.
Misyon!
- İşsizlər və İşaxtaranlar, təhsil müəssisələri və biznes subyektləri arasında körpü rolunu oynamaq;
- Ölkəmizdə işsizliyin azaldılması, məşğulluğun artırılması və dövlətin həyata keçirdiyi məşğulluq siyasətinə dəstək olmaq
- Peşəkar kadrlar, biznes prosesinin təkmilləşdirilməsi;
- Gənclərimizə, qayğıya ehtiyacı olan soydaşlarımıza karyera bələdçiliyi edirik.
Vizyon!
İşgüzar Klubun Fəaliyyət strategiyası biznes subyektlərinin kadr ehtiyacına dəstək verərək, ölkəmizdə işsizliyin azaldılmasına nail olmaqdır. Mütəxəssislərin yetişdirilməsi, biznes prosesinin təkmilləşməsi, dəyər zəncirinin formalaşması başlıca məqsədimizdir.Biz üç təbəqə ilə əməkdaşlıq edirik - təhsil müəssisələri, biznes subyektləri və işaxtaranlar.Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi, İK - da təmsil olunan müəssisələrdə fəaliyyətə cəlb olunması, təlim proqramları, təcrübə mübadiləsi prioritet istiqamətlərimizdir.